FHN: “Hirkan Milli Parkındakı yanğın hələ də söndürülməyib”

AKTUAL TV  xəbər verir ki, Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən bildirilib ki, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır.

Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, 2 texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, 2 texnika, Xüsusi Riskli Xilastemə Xidmətindən 31 nəfər şəxsi heyət, 2 texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, 2 texnika, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı  cəlb olunub. Əməliyyata, həmçinin Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də cəlb edilib.

Əlavə məlumat veriləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]