Kartla onlayn ödəniş edənlərə XƏBƏRDARLIQ – VİDEO

Dələduzlar bank kartlarının məlumatlarını ələ keçirmək məqsədilə bankların loqo və adından istifadə edərək oxşar saytlar yaradırlar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, onlayn ödənişlər həyata keçirdikdə istifadəçilər daxil olduqları saytın rəsmi sayt olduğuna diqqət yetirməlidirlər.

Mərkəz kart məlumatlarının oğurlanmasının qarşısını almaq üçün bir neçə məqamlara diqqət yetirməyi tövsiyə edir.

AKTUAL TV -nin məlumatına görə, ilk növbədə heç bir halda kartın arxa tərəfində qeyd olunan CVV kodu kənar şəxslərə bildirilməməlidir. Belə ki, bu məlumat heç bank işçisi tərəfindən də soruşulmur.

CVV kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur.

İstifadəçinin kartına pul göndərilirsə, bu halda göndərən tərəfə pulu qəbul edənin CVV kodu tələb olunmur.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elçin Məmmədov deyir ki, başqasına pul köçürülən zaman kartın CVV kodunu göndərmək lazım deyil.

Mütəxəssis bildirir ki, kartla ödəniş edərkən telefona gələn 4 rəqəmli təhlükəsizlik kodunu da kənar şəxslər bilməməlidirlər. Çünki həmin kodun göndərildiyi SMS-də xərcin təyinatı və məbləğ barədə məlumat olur. Bu məlumatlara da diqqət edilməlidir.

Ekspert tövsiyə edir ki, onlayn ödənişlər zamanı vətəndaşlar daxil olduqları sayta diqqətlə baxmalı və onun rəsmi sayt olduğuna əmin olmalıdırlar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]