Azərbaycan PUA-ları müasir müharibələrin strategiyasını dəyişdi

Qarabağ müharibəsi zamanı Azərbaycanın pilotsuz uçuş aparatları (PUA) müasir müharibələrin strategiyasını dəyişdi.

AKTUAL TV xəbər verir ki, bunu israilli hərbi ekspert Set Frantsman deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə büdcəsinin mühüm hissəsini İsrail və Türkiyə istehsalı olan PUA-ların alınmasına yönəldib:

“Azərbaycan çoxlu sayda İsrail istehsalı olan və “kamikadze dronlar” kimi tanınan PUA işə salmışdı. Əgər düşmənin mürəkkəb hava hücumundan müdafiə sistemləri yoxdursa, bu dron dəstəsi hədəfləri asanlıqla sıradan çıxara bilir. Dronların ilk təbəqəsi hava hücumundan müdafiə sistemini, ikinci təbəqəsi tankları, üçüncü təbəqəsi isə artilleriyanı məhv edir. Bundan sonra yalnız düşmən əsgərlərini zərərsiləşdirmək qalır”.

Ekspert əlavə edib ki, Azərbaycan həm də çoxlu sayda Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-sından istifadə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]