Xəzərdəki bu vəziyyət nədən xəbər verir? – Yaxın illərdə… – VİDEO

Xəzər dənizinin suyu azalır və bu azalma hər ötən il bir az da artır. Dənizkənarı bulvardan Xəzəri izləmək kifayətdir ki, hazırki vəziyyətin nə yerdə olduğunu açıq-aydın görəsən.

AKTUAL TV xəbər verir ki, Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılovun sözlərinə görə, Xəzərin suyunun azalması son 5 ildə daha da intensivləşib.

Mirnuh İsmayılov deyir ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyunda 2, 3, 4 metr çəkilmə varsa, Nabranda 200-300 metr təşkil edir. Bəzi ərazilərdə isə çəkilmə daha yüksəkdir.

Şöbə müdirinin sözlərinə görə, yaxın 2-3 il ərzində su çatışmazlığı əməlli başlı hiss olunacaq. Bu isə Xəzərdə də geri çəkilmələrin davam edəcəyi deməkdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]