“Azərbaycan 20 Yanvar faciəsini Rusiya ilə əlaqələndirmir” – Polad Bülbüloğlu

“Faciə dəhşətlidir, çünki biz bir ölkənin vətəndaşları idik. Bunun Sovet dövründə olduğunu xüsusi vurğulamaq istəyirəm. Müasir Azərbaycan bu dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir. Qanlı faciə tariximizə qara ləkə kimi düşdü. Lakin müdrik Azərbaycan xalqı bu çətin dönəmi adlamağı bacarıb”.

Aktualtv.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

“Bu gün onunla sakitlik tapırıq ki, keçən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində qələbə qazandı və Qarabağ torpaqlarını işğaldan azad etdi. O, bununla 20 Yanvarda azadlıq, Vətənin müstəqilliyi uğrunda şəhid olanların ruhunu şad elədi. Heydər Əliyevin arzularını oğlu İlham Əliyev reallaşdırdı. O, Üzeyir Hacıbəyovu, Natəvanı, Bülbülü Şuşaya qaytardı. O, Qarabağı Azərbaycana qaytardı. Qarabağ Azərbaycan, Şuşa da Azərbaycanın mədəniyyət paytaxtıdır”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]