Britaniya ABŞ təyyarələrinin ərazisində uçuşuna qadağa qoydu

Böyük Britaniya ABŞ-ın “United Airlines” şirkətinə məxsus “Pratt & Whitney PW4000-112” mühərrikləri ilə işləyən “Boeing 777” təyyarələrinin öz ərazisində uçuşlarını qadağan edib.

“The Telegraph” xəbər verir ki, bunu Britaniyanın Nəqliyyat naziri Qrant Şepps deyib.

Qadağanın Kolorado ştatında baş verən təyyarə qəzası ilə bağlı tətbiq edildiyi bildirilir.

Qeyd olunur ki, qadağa müvəqqəti olacaq:

“Vəziyyəti nəzarətdə saxlamaq üçün Mülki Aviasiya İdarəsi ilə yaxından əməkdaşlığı davam etdirəcəyik”, – deyə britaniyalı nazir vurğulayıb.

Qeyd edək ki, fevralın 20-də Denverdən Honoluluya uçan “United Airlines” hava yollarına məxsus təyyarə uçuşdan yarım saat sonra təcili eniş edib. Belə ki, təyyarənin mühərriki qəfildən alışaraq yanıb, onun metal hissələri isə yaşayış sahələrinə düşüb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]