FHN-nin zabitinə cinayət işi açıldı

Koronavirus infeksiyasına yoluxduğu halda yaşayış yerini tərk etmiş vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

Aktualtv.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin zabiti Rəhimbəyli Rüfət Əli oğlu aktiv koronavirus xəstəsi olduğu halda yaşayış yerini icazəsiz tərk edib.

Hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində R.Rəhimbəyli ictimai yerdə aşkar edilərək evinə qaytarılıb. Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Prosesə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq. İş üzrə məhkəmənin hazırlıq iclası martın 4-nə təyin edilib.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]