Cəbrayılda mülki şəxs minaya düşdü – RƏSMİ

Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayonunda şəxsin minaya düşərək xəsarət alması ilə bağlı Cəbrayıl Rayon Prokurorluğuna gələn məlumat əsasında araşdırma aparılıb.

Bu barədə  Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alıb.

Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]