“Haber Global”: “İskəndər M”i qeyri-qanuni yollarla terrorçu qruplar da əldə edə bilər” – VİDEO

Türkiyənin nüfuzlu “Haber Global” media şirkəti Ermənistanın Şuşaya atdığı və ixracı qadağan olunan “İskəndər M” raketlərini necə əldə etməsi barədə süjet hazırlayıb.

Süjetdə bildirilir ki, Şuşadan tapılan raket qalıqlarının üzərindəki nişanlar onun Rusiya Silahlı Qüvvələrinə aid olduğunu göstərir. Lakin ixracı qadağan olunan “İskəndər M” raketlərinin Azərbaycan şəhərinə necə və haradan atılması ciddi suallar doğurur.

Videomaterialda, həmçinin sözügedən operativ taktiki raket kompleksinin “E” və “M” variantları arasındakı fərq izah edilir, ikincinin yalnız Rusiya ordusunun ehtiyacları üçün istifadə edildiyi bildirilir.

Süjet müəlliflərinin fikrincə, əgər bu silahları Rusiya tərəfi Ermənistana verməyibsə və onlar qarşı tərəfə qaçaq yollarla aparılıbsa, o zaman bütün dünya təhlükədədir. Belə ki, digər ölkələrdə olan terrorçu qruplar da bu ölümcül silahı qeyri-qanuni vasitələrlə əldə edə bilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]