Yoluxmanın qarşısını almaq üçün vacib təklif – saat 8-dən 10-a kimi

“Vaksinasiya başlayar-başlamaz karantin tədbirlərinin yumşaldılması epidemioloji baxımdan doğru deyil. Vaksinasiya yalnız 70-80 faiz əhalini əhatə etdiyi halda effektivdir. Bu gün əhalinin 50 faizi vaksinasiya edilmiş olsa belə vaksin yoluxma sayını azaltmayacaq”.

Bu sözləri “ARB24″ə Türkiyənin “Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusun yayılmasına ən çox ictimai nəqliyyatın səbəb olmasını nəzərə alsaq, əhalinin iş saatlarına müəyyən dəyişiklik edilməsi mümkündür:

“Bununla pik saatlarında yüklənmənin qarşısını almaq olar. Məsələn, 08:00, 09:00 və 10:00 kimi fərqli saatlarda işə başlamaq mümkündür. Distant çalışmaq mümkündürsə, mütləq şəkildə buna keçmək lazımdır.

İşçilərin sayının azaldılması, ictimai nəqliyyatla bağlı dəyişikliklərin edilməsi və bu kimi tədbirləri görməklə tam qapanmanın qarşısını almaq mümkün ola bilər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]