10 dəqiqədə iki cərimə yazılan sürücü sonra həbs edildi – Buna görə – VİDEO

Dünən sürücü Həbillayev Rəfael Əliyar oğlu idarə etdiyi 90 XY 272 dövlət nömrə nişanlı avtomobildə hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməyib. Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində 99 YP 366 dövlət nömrə nişanlı YPX avtomobili ilə xidmət aparan inspektor sürücünü saxlayıb və barəsində inzibati qaydada protokol tərtib edib. Təxminən 10 dəqiqə sonra yenidən həmin ərazidə saxlanılan sürücü işıq göstəricilərindən düzgün istifadə etmədiyi üçün inspektor tərəfindən cərimələnib. Sürücü isə buna etiraz edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sürücü nalayiq ifadələr işlədib, polisin şərəf və ləyaqətini təhqir edib.
Bundan sonra avtomobil yenidən saxlanılıb, aidiyyəti üzrə Yasamal rayon 28-ci polis bölməsinə gətirilib. İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham olunan sürücü barəsində protokol tərtib olunub. Toplanmış materiallar əsasında məhkəmə sürücünün İnzibati qaydada 10 gün müddətində həbs olunması barədə qərar qəbul edib.

(avtosfer)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]