Kürdə batan gənc qızın meyiti tapıldı

Bu gün günorta saatlarında 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti Kür çayından tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun axtarışları davam etdirilir.

Qeyd edək ki, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə aprelin 9-da FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]