Çempionlar Liqasında son yarımfinalçılar müəyyənləşir: “Liverpul” “Real” səddini keçə biləcəkmi?

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Son oyun günündə gerçəkləşəcək iki matçdan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək.

Oyun Dortmund şəhərində keçirilsə də, favorit ilk oyunda qələbə qazanmış İngiltərə çempionatının hazırkı lideri “Mançester Siti” sayılır. Üstəlik, qonaqlardan fərqli, meydan sahiblərinin itkiləri daha çoxdur. Yussufa Mukoko, Ceydon Sanço, Marsel Şmeltser, Aksel Vitsel və Dan-Aksel Zaqadu zədə səbəbindən oynaya bilməyəcək. Meydan sahiblərində Mats Humels və Marko Roysun, qonaqlarda isə Serxio Aquero və Emerik Laportun meydana çıxması isə sual altındadır.

Gecənin digər oyunu İngiltərədə “Liverpul”la “Real” arasında olacaq. İngiltərə çempionatında özünə gəlməyə başlayan Yürqen Kloppun yetirmələri bunu Çempionlar Liqasının ən çox qalibi olmuş qonaqlara qarşı da nümayiş etdirməyə çalışacaq. Hər iki komandada nəzərə çarpan itkilər yenə qalmaqdadır. Premyer Liqa təmilçisində Co Qomez, Cordan Henderson, Joel Matip, Divok Oriqi və Vircil van Deyk, qonaqlarda isə Eden Azar, Lukas, Serxio Ramos və Rafael Varan meydana çıxa bilməyəcək. “Liverpul”da Körtis Cons və “Real”da Dani Karvaxalın oynayacağı dəqiq deyil.

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

23:00 “Borusiya” (Dortmund, Almaniya) – “Mançester Siti” (İngiltərə)

İlk oyun – 1:2

23:00 “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)

İlk oyun – 1:3

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Çelsi” (İngiltərə) və PSJ (Fransa) klubları yarımfinala vəsiqə qazanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]