Rövnəq Abdullayev Türkiyə səfiri ilə görüşüb – FOTO

Aprelin 13-də Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüş keçirib.

Bu barədə SOCAR məlumat verib.

Bildirilib ki, görüşdə Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsi və bu prosesdə SOCAR-ın rolu haqqında ətraflı fikir mübadiləsi aparılıb.

R.Abdullayev Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın göstərdiyi xidmətlərdən söz açaraq ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

SOCAR-ın aktivlərinin əhəmiyyətli bir hissəsinin Türkiyədə olduğunu qeyd edən R.Abdullayev şirkətin son illərdə qardaş ölkədə ümumi dəyəri 13 milyard dollardan artıq qiymətləndirilən investisiya layihələri reallaşdırdığını vurğulayıb. O, həmçinin Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi strateji layihələrin də SOCAR tərəfindən daim dəstəkləndiyini, zəruri məqamlarda qardaş ölkəyə ehtiyac duyulan mütəxəssis təminatı göstərildiyini bildirib.

Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Vətən müharibəsi və Qarabağın işğaldan azad edildiyi tarixi günlərdə Azərbaycanda olduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib.

Səfir Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini, bundan sonra da Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığının inkişafı naminə çalışacağını, bunun üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]