Yol polisi avtomobillə azyaşlını vuraraq öldürüb – FOTO – YENİLƏNİB

Ağsu rayonunda azyaşlını vuraraq öldürən sürücü yol polisi əməkdaşıdır.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə ötən axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 2011-ci il təvəllüdlü Məhərrəmli Nəzrin Səbuhi qızı həmin prospektdə yolu keçmək istəyərkən onu DYP avtombilini idarə edən polis əməkdaşı Ağsu rayon sakini Kərimov Cavid Nəriman oğlu vurub.

Yaralı dərhal Ağsu rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli elə xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

DYP avtomobilini idarə edən Cavid Kərimov Bakı-Şamaxı əsas magistral yolunda yol polisi vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]