Kafe və restoranlar yenidən bağlanacaqmı?- AÇIQLAMA

Ölkədə epidemioloji vəziyyətə uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər.

Ramazan ayının daxil olması ilə əlaqədar restoranların bağlanılması əsas müzakirə olunan məsələlərdən biridir.

Mövcud vəziyyəti dəyərləndirən Milli Məclisin üzvü Fazil Mustafa BAKU.WS-ə bildirib ki, Ramazan aynda restoranların bağlanılması barədə qərar qəbul etmək yanlış olardı:

“Sadəcə olaraq restoranlarda qaydalara riayət olunmasına nəzarət etmək lazımdır. Paralel olaraq kütləvi şəkildə toplaşmaq və iftar məclisləri təşkil etmək olmaz. İftar süfrəsinə məhdud sayda insanın toplaşması mümkündür.

Restoranlarla bağlı bütövlükdə qadağa tətbiq etmək isə doğru olmazdı. Restoranlarda işləyən insanların sayına baxsaq orada nə qədər insan ki, pul qazanırlar. Bu insanlar ac qalamlı deyillər. Bu səbəbdən qaydalara ciddi riayət olunmasını təmin etmək lazımdır. Bunu tənzimləyəndən sonra digər problemlər öz həllini tapacaq.

Mən təklif edərdim ki, restoranlarda 4-6 nəfərdən çox insan bir masanın arxasında toplaşarsa, məsuliyyətə cəlb olunsunlar. Bu məsələdə say qadağası qoyulmalıdır, amma bütünlükdə restoranları bağlamaq düzgün deyil.

Kimsə ürək dostu və ya ailəsi ilə iftar açmaq istəyirsə, məsafə saxlayır və qaydalar riayət edirsə, burda heç bir problem yoxdur. Bu məsələdə qadağadan çox, məhdudiyyətlər icra olunmalıdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]