Kamil İbrahimov da virusun qurbanı oldu

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm və mədəni irsin təşviqi sektorunun böyük məsləhətçisi, Tarix elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Kamil İbrahimov bu gün koronavirusdan dünyasını dəyişib.

Bu barədə İdarənin mətbuat katibi Səfayə Əhmədova məlumat verib. Bildirib ki, o, COVID-19-dan uzun müddət müalicə aldığı xəstəxanada vəfat edib.

59 yaşlı Kamil İbrahimov AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeologiya və Etnoqrafiya muzey-sərgisi”ndə elmi işçi kimi çalışıb. Alim həmçinin Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis Universitetinin professoru olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]