Sərnişinlərin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

Sabahdan Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən M1, M2, M6, 11, 43, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən, 51 və 57 nömrəli marşrutlar, X.Məmmədov küçəsi – Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi ilə hərəkət edəcək.

M1,M2,M6,43 nömrəli marşrutlar isə “Həzi Aslanov” metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə hərəkət edəcək.

104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi – Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi ilə geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkət edəcək.

11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Xudu Məmmədov küçəsi – İlqar Zülfüqarov küçəsi ilə hərəkəti müəyyən edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]