Tbilisidəki bankın filialına hüçum: İnsanlar girov götürülüb – YENİLƏNİB

“Bank of Georgia”nın Tbilisidəki filialına hücumu odlu silahı olan bir nəfər törədib.

“Sputnik Gürcüstan xəbər verir ki, bunu həmin vaxt bankın yaxınlığında olan şahid jurnalislərə deyib.

Onun sözlərinə görə, həmin şəxs dərhal bir qadını buraxıb. Qadın hazırda bankda üç əməkdaşın və bir mühafizəçinin olduğun bildirib.

Tbilisinin Avlabari rayonunda “Bank Of Georgia”ya hücum bu gün günorta saatlarında baş verib.

Polis əməkdaşları Avlabari metro stansiyası ərazisini tam mühasirəyə alıblar. Hazırda metroya giriş bağlanıb.

13.51

Gürcüstanda naməlum şəxslər odlu silahla “Bank of Georgia”nın Tbilisidəki filialına girərək oradakı insanları girov götürüblər.

Bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı elan edib.

Bildirilir ki, filial paytaxtın Avlabari rayonunda yerləşir.

Həmin binada təmir işləri gedir. Ərazi polis tərəfindən mühasirəyə alınıb. Şahidlərin sözlərinə görə, atəş səsi eşidilməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]