Binadan başına daş düşən yeniyetmənin son vəziyyəti barədə həkimdən AÇIQLAMA

Bakıda binadan başına daş düşən Əli Şabanovun vəziyyəti ağır olaraq qalmaqdadır.

Bu barədə Trend-ə Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Rövşən Bağırov deyib. Onun sözlərinə görə, yeniyetmə koma vəziyyətindədir:

“Xəstənin vəziyyəti ağır olaraq qalmaqdadır. Koma vəziyyətindədir və tənəffüsü süni ventilyasiya ilə davam etdirilir. Durumunda ciddi bir dəyişiklik yoxdur. Təəssüflər olsun ki, aparılan intensiv reanimasiyon müalicələrə baxmayaraq, xəstədə hər hansısa yaxşılaşma reaksiyası əldə etmək mümkün olmayıb”.

R.Bağırov əlavə edib ki, yeniyetmənin vəziyyətinin yaxşılaşması üçün bütün cəhdlər və müalicələr aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlu ağır kəllə-beyin travması alıb və komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]