AzTU-nun baş müəlliminin həmmüəllifi olduğu dərsliyin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi, Mərkəzi Bankın əməkdaşı Xəyaləddin Tağıyev və Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun rəhbəri, Bank of Bakunun əməkdaşı, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı Tamerlan Rüstəmovun həmmüəllifi olduğu “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və tədris proqramının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, dərslik “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq nəşr edilib. Rektor qeyd edib ki, dərsliyin ali təhsil məktəblərində qeyri-iqtisadi profil ixtisaslar üzrə tədris prosesində istifadə olunması ilə bağlı təhsil nazirinin müavini Firudin Qurbanov universitet rəhbərlərinə məktub göndərib.
Dərslikdə rəqəmsal ödənişlər və onların xüsusiyyətləri, iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə baxış, ödəniş ekosistemi üzrə “hörümçək toru” prinsipi haqqında ətraflı məlumat verilib. Həmçinin rəqəmsal ödəniş ekosistemi üzrə normativ hüquqi baza və onun təkmilləşdirilməsi istiqamətləri, Milli Ödəniş Sistemi infrastrukturu və onun komponentləri, pul köçürmə əməliyyatları, ödəniş alətlərinin qabaqcıl beynəlxalq təcrübə əsasında bölgüsü də nəşrdə əksini tapıb. Bundan başqa, kitabda elektron bankçılıq xidmətləri və bu sahədə risklər, rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarının növü barədə də ətraflı qeyd olunub.

Tədbirdə çıxış edən kitabın həmmüəllifləri Xəyaləddin Tağıyev və Tamerlan Rüstəmov nəşrin ərsəyə gəlməsində dəstək olan qurumlara təşəkkür edib.

Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova, Mərkəzi Bankın maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edən i.e.d Arzu Hüseynova, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva dərsliyin həm universitet tələbələri, həm də rəqəmsal savadlılığını artırmaq istəyən istənilən şəxs üçün səmərəli olacağını qeyd edib.

Dərslik rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi, eyni zamanda maliyyə sahəsində çalışan mütəxəssislərin ixtisaslaşması baxımından da faydalı vəsait hesab olunur.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]