Jurnalistlə kobud davranan həkimlər cəzalandırıldı

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının səlahiyyətli şəxsləri cəzalandırılıb.

Bu barədə TƏBİB məlumat yayıb.

Tibb ocağının baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.

“Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək”,  – məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən jurnalist Aynur Elgünəş sürücülük vəsiqəsini yeniləmək üçün Mingəçevir şəhər xəstəxanasına müraciət edərək sağlamlıq haqqında arayış almaq istəyib. Baş həkim ona “əlil nədir, maşın sürmək nədir” deyə irad bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]