“Biz beynəlxalq hüquq çərçivəsində hərəkət etdik” – İlham Əliyev

“Siz Azərbaycanda fəaliyyətə bizim üçün çox önəmli bir vaxtda başlayırsınız. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının uzunmüddətli işğalına son qoyan Vətən müharibəsində keçən il qazandığımız Qələbə region üçün, Azərbaycan üçün yeni dönəmdir, Azərbaycanın və regionun yeni inkişaf mərhələsidir”.

Bunu Prezident İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının Azərbaycana yeni təyin olunan qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.

“Beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan onların tələblərinə əməl etmədi və torpaqlarımızı, demək olar ki, 30 il ərzində işğal altında saxladı, beynəlxalq hüququ kobudcasına pozdu, erməni qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini kobudcasına pozdu. Bu qətnamələr 27 il ərzində hər hansı bir irəliləyiş olmadan kağız üzərində qaldı. Odur ki, Azərbaycan bu qətnamələri özü icra etdi, ərazi bütövlüyünü bərpa etdi və bu ədalətsizliyə son qoydu. Təkcə Birləşmiş Millətlər təşkilatının Təhlükəsizlik Şurası yox, həmçinin ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və bir çox digər təşkilatlar Azərbaycanın Ermənistanla münaqişə ilə bağlı ədalətli mövqeyinə dəstək oldu və bu, məsələnin həlli üçün çox möhkəm beynəlxalq təməl yaratdı. Beləliklə, biz beynəlxalq hüquq çərçivəsində hərəkət etdik, biz bütün ölkələrə özünümüdafiə hüququ verən BMT-nin nizamnaməsi əsasında hərəkət etdik və 44 günlük müharibə zamanı biz məhz bunu da etdik”, – dövlət başçısı vurğulayıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]