Şuşa qədimliyi qədər də müasirləşəcək

Azərbaycan tarixi anlarını yaşayır. 44 günlük Qələbənin nəticəsi olaraq nəinki regionun, bütün dünyanın diqqəti Azərbaycandadır.

Ermənistanın işğalından azad edilmiş Azərbaycan bölgələrinin hər qarışında erməni vandalizmi yatır. Evlər sökülüb, qəbirlər dağıdılıb, ağaclar kəsilib, ərazilər minalanıb. Təsəvvür edirsinizmi, Ermənistanın Azərbaycana təqdim etdiyi sənəddə göstərilir ki, tək Ağdamda 97 min mina basdırılıb.

Amma çox qısa müddətdə erməni barbarlığının qalıqları tamamilə yox ediləcək. Qarabağda elə bir həyat qurulacaq ki, bütün dünya heyrət edəcək.

Ermənilər Xankəndidən, Xocalıdan, Ağdərədən qaçıb gedəcəklər.

Sabah Türkiyə Prezidenti Rəcəb Taib Ərdoğan Belçikadan Azərbaycana gələcək.

Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər olacaq.

Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.

Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.

Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər olacaq. Quruculuq, qayıdışın ilk Şuşadan başlaması böyük məna kəsb edir. Həm tarixi, həm çoğrafi, həm də mənəvi baxımdan Şuşanın azad edilməsi Azərbaycan üçün çox vacib idi.

Şuşa azad edildikdən sonra erməni daşnaklar Azərbaycanın bütün ərazilərini azad edəcəyini göz önünə alıblar. Zəngəzuru da, digər tarixi yurd yerlərini də…

Bir gün sonra Şuşa Müzəffər Ali Baş Komandan İlham Əliyevlə qardaş Türkiyənin dövlət başçısı Ərdoğanı qarşılayacaq. 30 illik işğalın ağrı-acısı yox olacaq. Əminik ki, bundan sonra Şuşa hələ çox görüşlərə şahidlik edəcək.

Şuşa qədimliyi qədər də müasirləşəcək.

Gözün aydın, Şuşa!

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]