Toy korteji qəzaya düşdü – Fotolar+Yenilənib

Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

Aktualtv.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Kortejdə olan avtomobillərdən biri Təmizlik departamentinin qadın işçisini vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Kortejdə olan 50-DE-500 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək, əvvəlcə nəqliyyat vasitəsini yol kənarında dayanmış “Mercedes-Benz” markalı avtomobilə çırpıb. Sonra isə BMW-nin sürücü yol kənarında təmizlik işləri aparan 1956-cı il təvəllüdlü Xəlilova Rəxşəndə Xeyrulla qızını vurub. Ağır bədən xəsarətləri alan 65 yaşlı qadın təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya aparılıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]