İlham Əliyevdən yeni səfir təyinatları- Yenilənib

  Prezident İlham Əliyev Azərbaycanın Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfirinin vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Qaley Əliyeviç Allahverdiyev Azərbaycanın Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Dövlət başçısının digər sərəncamı ilə İrfan Davudov Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezident İlham Əliyev Kamil Xasiyevin Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.

***

Ölkə başçısının digər sərəncamına əsasən, Qalib İsrafilov Azərbaycanın Avstriyada, Sloveniyada və Slovakiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]