Kəlbəcərdə şəhid olan hərbçimiz dəfn edildi

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu dəfn edilib.

Aktualtv.az xəbər verir ki, F. Yaqublunun dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyət üzvüləri, şəhidin yaxınları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhid Beyləqanın Qəhrəmanlı qəsəbə məzarlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Fərman Yaqublunun atası Yaqubov Telman Fərman oğlu 1994-cü il yanvarın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]