Rusiyalı analitik: “Daxilində Fransa şirkətlərinin olması öz ayağını basdalamaq kimi bir şeydir”

Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibədə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi tərəfindən əvvəllər irəli sürülən tezisi dilə gətirib: Ermənistanın KTMT-də iştirakı İrəvana hərbi yardım göstərməyə imkan vermir.

Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, tanınmış rusiyalı və belaruslu hərbi-siyasi analitik Aleksandr Tixanski Caliber.Az-a verdiyi açıqlamada bildirib ki, hazırda Rusiya sülhməramlı qüvvələri bölgəyə yerləşdirilib və Qərb ümumiyyətlə prosesdən kənarda qalıb.

Ekspert hesab edir ki, Qərb Ermənistanın qarşısına onun yerinə yetirə bilməyəcəyi şərtlər qoyur:

“İrəvana kömək edəcəklərinə söz verirlər, bəs hansı köməkdən söhbət gedir? Əgər silahlarla ediləcəksə, bu silahları verən ölkələrin təlimatçılarını, hərbçilərini gətirmək lazımdır. Bunlar sadəcə Qərbin münaqişənin həllində iştirak etdiyini göstərmək üçün hazırlanmış oyunlardır. Ancaq Qərb bu məsələlərdə səriştəsizdir”.

Siyasi analitik Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikovun “Ermənistan Rusiyanın deyil, Rusiya Ermənistanın müttəfiqidir” açıqlamasına da münasibət bildirib.

Aleksandr Tixanski qeyd edib ki, Ermənistan KTMT-də Rusiyanın müttəfiqidir, lakin hazırda bu iki ölkə arasında siyası ziddiyyətlər çox böyükdür:

“Ən azından Ermənistanda kimin hakimiyyətdə olduğuna, KTMT-yə və Rusiya ilə Ermənistan arasındakı ikitərəfli münasibətlərə nə qədər ziyan dəydiyinə baxmaq kifayətdir”.

Müsahibimiz Fransanın Ermənistandakı səfiri tərəfindən status məsələsinin qaldırılmasını, Fransa diplomatlarının, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri olan digər ölkələrin diplomatlarının Qarabağa təşkil ediləcək səfərlərə qatılmayacaqları barədə dediklərinə də münasibətini açıqlayıb:

“Mən yenidən təkrar edirəm: Qərb güclü bir zərbə alıb. Orada Qarabağla bağlı bütün təsir imkanlarından və veriləcək qərarlardan kənar qaldıqlarını başa düşüblər. Bu, onları özlərindən çıxarır. Fransa prezidenti Emmanuel Makrona isə əlavə olaraq erməni lobbisi təzyiq göstərir”.

“Bəlkə bütün məsələlər iqtisadiyyatla əlaqəlidir. Fransız şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərində iştirak etmirlər…” sualına cavab verən ekspert bu məqamı şərh edərkən deyib:

“…Mən düşünürəm ki, Azərbaycan Fransa şirkətlərindən onların erməni lobbisi ilə olan bağlılığından dolayı imtina edə bilər. Daxildə belə şirkətlərin olması öz ayağını basdalamaq deməkdir”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]