Səyahət zamanı peyvənd pasportu tələb olunmamalıdır – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda peyvənd pasportlarının səyahət şərtləri kimi tələb olunmasına qarşı çıxıb.

Aktualtv.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinqdə deyib.

“Peyvənd pasportlarının səyahət üçün şərt olaraq istifadə edilməsini istəmirik. Bunun səbəbi hazırda hamının vaksin olunmamasıdır. Bu, ayrı-seçkilik üçün bir vasitə olacaq”, – Qebreyesus bildirib.

ÜST-ün baş direktoru qeyd edib ki, gələcəkdə vaksin olunanların sayı artdıqca, bu ehtimal nəzərdən keçirilə bilər.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]