AMEA əməkdaşları Xariton Axvelidiani adına Acara Dövlət Muzeyini ziyarət etmişlər

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun rəhbərliyi ilə həyata keçirilən “Horizon 2020” layihəsinin “Humanitar elmlərdə elmi mübadilə və akademik mədəniyyət (Avropa və Qaradəniz regionu, XVIII əsrin sonu – XXI əsr)” istiqaməti üzrə tədqiqat aparan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Emin Dadaşov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin elmi işçisi Sevinc Hüseynova və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin əməkdaşı Ülkər Allahverdiyeva bir aylıq müddətə Şota Rustaveli adına Batumi Dövlət Universitetinə ezam olunublar.
Tədqiqatçılar layihə ilə əlaqədar olaraq Xariton Axvelidiani adına Acara Dövlət Muzeyini ziyarət edərək muzeyin ekspozisiyasına tamaşa etmiş, elmi ədəbiyyatlar toplamış və muzey həmkarlarına Milli Azərbaycan Tarixi Muzeyinin əsərlərini hədiyyə etmişlər.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]