Peyvənd olunmayan müəllimlərə dərs saatı verilməyib?

Sentyabrın 22-də 2021-2022-ci tədris ilinə start veriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yoluxma sayının azaldılması, epidemioloji vəziyyətə nəzarətin gücləndirilməsi məqsədilə vaksinasiya prosesinin sürətləndirilməsinə başlanılıb.

Təhsil naziri Emin Əmrullayev “Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər peyvənd olunacaqlar” açıqlamasını versə də, konkret olaraq, vaksinasiyadan keçməyən müəllimlərlə bağlı hansı qərar veriləcəyini bildirməyib.

Bakıdakı müxtəlif məktəblərdən Modern.az-a daxil olan məlumata görə, direktorlar müəllimlərlə birgə yeni tədris ilinə dair məsələləri müzakirə ediblər. COVID-19 vaksini vurdurmayan müəllimlərə sonuncu xəbərdarlıq edilib. Tədris ili başlayan günədək 1 doza vaksin vurdurmayan müəllimlərə dərs saatı və maaş verilməyəcəyi bildirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov adıçəkilən sayta bildirib ki, pandemiya şəraitində vaksin vurdurmayan şəxsin məktəbdə dərs deməsi, hər kəs üçün təhlükəli və yolverilməzdir.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]