Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı – Rəsmi açıqlama

Sosial şəbəkədə Cəlilabad rayonundan olan Vətən müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlunun videomüraciəti yayılıb.

Qazi çətin vəziyyətdə olduğunu, müalicəyə ehtiyacı olduğunu qeyd edir.

“Döyüşlər başlayandan ailəmi, uşağımı atıb könüllü şəkildə döyüşlərə qatılmışam. Nə veteranlıq, nə də medal istəyirəm. Pul, maşın, ev, heç nə istəmirəm. Məni sağaldın, sağlamlığımı geri qaytarın…”

“Qafqazinfo” qazi ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyətinə müraciət edib. RİH-dən bildirilib ki, artıq qazinin müraciəti araşdırılıb və ona lazımi köməklik olunacaq:

“Qazi Fariz Ağayevlə bağlı sənədlər toplanıb. Sentyabrın 27-də təsdiqlənəcək və ona şəhadətnamə veriləcək. Bundan sonra ona əlillik təyin olunacaq. Həmçinin qazimizlə bağlı Məşğulluq İdarəsinə müraciət olunub. O, səhhətinin imkan verdiyi işlə təmin olunacaq”.

Müalicəsinə gəlincə isə, icra hakimiyyətindən bildirilib ki, qazinin bədənində hər hansı qəlpə yarası yoxdur, keçirdiyi sarsıntı ilə əlaqədar psixoloji problem yaşayıb. Hazırda müalicəsi davam etdirilir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]