20 gün əvvəl itkin düşən uşaq tapıldı – Video

Bakıda 20 gün öncə itkin düşən 12 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayon sakini olan Xalid Əmirxanov polisə müraciət edərək oğlu, 12 yaşlı Əmirxanın itkin düşməsi barədə məlumat verib. O, izahatında oğlunun 20 günə yaxındır ki, evdən çıxdığını və geri qayıtmadığını bildirib.

Axtarışlar nəticəsində 12 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib. Araşdırma zamanı müəyyən edilib ki, o evdə olmadığı müddətdə paytaxt ərazisində müxtəlif məkanlarda, əsasən də avtomobil dayanacaqlarında küçə ticarəti ilə məşğul olub.

Polis Bölməsində azyaşlının valideyni ilə profilaktik söhbətlər aparılıb. Ona övladının təlim-tərbiyəsi ilə ciddi məşğul olması tövsiyə edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]