Jurnalistlərin övladları 1-ci sinfə getdilər – FOTOLAR

Yeni – 2021-2022-ci dərs ili başladı. Bu tədris ilində ölkənin bütün təhsil müəssisələrində dərslər ənənəvi şəkildə mərhələli təşkil olunacaq.


Bu il respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.


AktualTV.az
-ın məlumatına görə, bu gün ilk dəfə təhsil ocağına qədəm qoyan uşaqlar arasında jurnalist övladları da var


İlk dəfə məktəb həyatına qədəm qoyan həmin birincilərin fotoşəkillərini təqdim edirik:

“Aktual TV” İnformasiya Agentliyinin baş redaktoru Etibar Məmmədovun oğlu da bu ilin 1-cilərindəndir.



Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimovun nəvəsi Ayan Kərimzadə builki birincilər sırasındadır. Ayan – 132-134 nömrəli Təhsil Kompleksində təhsil alacaq.
 


“Asan-radio”nun rəhbəri Emin Musəvinin qızı Zemfira da bu il birinci sinifə qədəm qoyub.


“Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadənin oğlu da bu ilin 1-cilərindəndir.


Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli bu gün qızı Sədəfi birinci sinfə yola salıb.


Moderator.az saytının şef redaktoru Xəyalə Rəislə Trend-in redaktoru Elgün Mənsimovun əkiz övladları da bu gün birinci sinfə gedib.


Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili qızını birinci sinfə yola salmağın sevincini yaşayıb.


Modern.az-ın baş redaktoru Anar Rüstəmovun oğlu İman da bu il birinci sinfə gedib.


Etikxeber.az saytının rəhbəri Kamil Həmidov oğlu Həmzənihatın 1-ci sinfə getməsinə sevinib.


Jamaz.info saytının rəhbəri Fikrət Fəraməzoğlu oğlu Əlinin ilk dəfə məktəbə getməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.



“525-ci qəzet”in redaktoru İsgəndər Həsənovun qızı ilk dəfə məktəbli olub.



Modern.az saytının əməkdaşı Namidə Bingöl və Oxu.az saytının jurnalisti Aqşin Kərimov cütlüyünün qızları Selcan bugünün birincilərindəndir.


ARB TV-nin redaktoru Nazim Xəliloğlunun qızı Nilufər bugünün birinciləri sırasındadır.


“Xəzər” TV-nin əməkdaşı Ceyhun Rzayev qızı Zeynəbi bu gün birinci sinifə aparıb.


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidmətinin əməkdaşı Elvin Dəmirli oğlunu 1-ci sinfə yola salıb.


Mərhum jurnalist Rəşad Süleymanovun qızı da bu gün birinci sinifə yollanıb.



“Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Liftiyevanın qızı Banu bu gün məktəbə getməyə başlayıb.



Abşeron rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəylinin qızı Mehriban bu ilin 1-cilərdəndir.


Demokrat.az saytının baş redaktoru Vasif Həsənlinin oğlu Kənan bu ildən 1-ci sinifdə oxuyacaq.


Sputnik.az saytının əməkdaşı Nigar Cahan oğlunu 1-ci sinfə yola salıb.


“Yeni Müsavat” qəzetinin əməkdaşı Afaq Mirayiq oğlu bu il 1-ci sinfə gedən valideynlər sırasındadır.


Sabiq deputat, jurnalist Etibar Hüseynov da bu il ilk dəfə nəvəsi Əsmanı məktəbə yola salıb.
 


Oxu.az-ın redaktoru Dursun Tağıyevanın qızı Asiya bu il ilk dəfə məktəb qapısını açan birincilərdəndir.


AktualTV.az saytı həmkarlarımızı təbrik edir…


Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]