Məktəblər bağlansa, yoluxma azalacaq? – AÇIQLAMA

Uşaqların sağlamlığı hər şeydən vacibdir. Amma buna məktəbi bağlamaqla nail olmaq mümkün deyil.

Bu sözləri Aktualtv.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, bildirib ki, həmin uşaqların valideynləri, ailə üzvləri hər gün marketdə, aptekdə, restoranda olur, ictimai nəqliyyatdan istifadə edirlər: “Biz isə heç bir yerin bağlanmasını yox, ancaq məktəblərin bağlanmasını istəyirik. Uşaqların valideynləri iş yerində yoluxub, evdə uşaqlarını  yoluxdura bilməz?! Bizim qədər təhsilə qeyri-ciddi yanaşan ikinci toplum yoxdur. Bu məsələdə çox ciddi olmalıyıq”.

Ekspert bildirib ki, distant təhsil keyfiyyətli və əlçatan deyil: “Amma sərt nəzarət və tələbkarlıq olsa, nəyəsə nail olmaq olar. Bəlkə pandemiya 10 il davam etdi, biz də yoluxma azalanda, təhsil müəssisələrini açıb, çoxalanda bağlamaqla tədbir görəcəyik?”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]