“Məktəblərin bağlanması məsələsi gündəmimizdə olmayacaq” – Fəxrəddin Qoca

“Bu gün məsuliyyət götürmək və cəbhədə mübarizə etmək gənclərimizin növbəsidir. Gənclər, məsuliyyətlə hərəkət etməli və əməl etməlisiniz. Virusun evinizə, sevdiklərinizə və böyüklərinizə yayılmasının qarşısını almaq və ən qısa müddətdə tam peyvənd olunmaq üçün tədbirlər görməlisiniz. Buna görə də sizi mübarizənin ön sıralarına dəvət edirəm”.

Aktualtv.az xəbər verir ki, bu sözləri Türkiyənin səhiyyə naziri Fahreddin Koca Koronavirus Elmi Komitəsinin toplantısından sonra yazılı verdiyi açıqlamada deyib.

Elmi Komitə üzvlərinin “Məktəblər açıq qalacaqmı?” sualını cavablayan nazir sərt şəkildə məktəblərin açıq qalacağını bildirib:

“Məktəblərimizin bağlanmasının ən aydın və qətiyyətli şəkildə heç vaxt gündəmdə olmayacağını bir daha ifadə edirik. Məktəblərin bağlanması gündəmimizdə olmayacaq. Bu mövzunu gündəmdə saxlamağın heç bir faydası və mənası yoxdur. Qaydalara ciddi nəzarət edərək təhsilin bütün səviyyələrində üz-üzə təhsilə davam edəcəyik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]