Əliyevlə Paşinyan bu mövzuları müzakirə edəcək

“ATƏT-in Minsk qrupu çərçivəsində İlham Əliyevlə görüşə hazıram”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı bildirib. Onun sözlərinə görə, dekabrın 15-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcək.

“Qarşıdan gələn görüşlərlə bağlı xəbərlər müsbət qarşılanmalıdır. Görüşlərdə delimitasiya və demarkasiya prosesinin nədən başlanacağı ilə bağlı məsələlər müzakirə olunacaq”, – Paşinyan qeyd edib.

Erməni Baş nazir əlavə edib ki, vəziyyəti həll etmək və böhranlardan qaçmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında danışıqlar tez-tez aparılmalıdır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]