Ermənistanda hərbçiləri tərxis etmək üçün rüşvət istədilər

Ermənistan silahlı qüvvələrində tüğyan edən rüşvətxorluq və korrupsiya halları ən çox mübahisələrə səbəb olan mövzudur.

Aktualtv.az erməni KİV-nə istinadən xəbər verir, bu günlərdə daha bir rüşvət qalmaqalı Ararat vilayətinin Armaş yaşayış məntəqəsində yerləşən hərbi hissədə baş verib. 

Belə ki, burada xidmət edən bir neçə hərbçi tərxis olunmaq üçün komandanlığa müraciət ediblər. Müraciətlərinə uzun müddət cavab almayan şəxslər bunun səbəbi ilə maraqlanıblar. 

Cavabında isə ehtiyata buraxılmaq istəyən erməni hərbçiləri Edqar Zavtilyan, Artur Volodyan, Qriqori Qriqoryandan külli miqdarda rüşvət tələb olunub. Erməni hərbçiləri müraciətlərinə müsbət cavab verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]