Bu sahələrdə ƏDV-ni geri almaq mümkün olacaq – VİDEO

Milli Məclisdə 1 yanvar 2022-ci ildən vergi məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər müzakirə olunur. Görünən odur ki, vergi nəzarəti dərinləşəcək və ciddi yeniliklər olacaq.

Vergi məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər qəbul olunarsa, bunun sadə vətəndaşların həyatına necə təsir göstərəcəyi böyük maraq doğurur. Bildirilir ki, ticarətdə və bir sıra xidmət sektorlarında yüksək məbləğlər nağdsız ödəniləcək.

Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev “Real TV”-yə bildirib ki, mehmanxanalar, kosmetoloji mərkəzlər, gözəllik salonları və tibb müəssisələri fəaliyyələtlərini nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməli olacaqlar:

“Vətəndaşlar bu sahələrdəki xidmətlərdən istifadə etməklə çekləri alacaq və gələcəkdə əlavə dəyər vergisini (ƏDV) geri al kampaniyasından yararlana biləcəklər.

Qanunda həmçinin nəzərdə tutulur ki, nəqliyyat vasitələri birbaşa avto-salonlardan alınarkən bu, bütövlükdə nağdsız həyata keçirilsin”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]