Azərbaycanda Bələdiyyə Məcəlləsinin qəbul edilməsi təklif olunur

Bələdiyyə Məcəlləsinin qəbulu bələdiyyə fəaliyyəti, bələdiyyəçiliyin bir çox problemlərinin aradan qaldırılmasına xidmət etmiş olardı, qanunvericilik boşluqlarının aradan qaldırılması üçün əlverişli şərait yaradardı.

Bunu Aktualtv.az a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Bələdiyyə Məcəlləsinin qəbulu Milli Məclisin işini yüngülləşdirərdi.

“Bələdiyyə fəaliyyətinə aid olan 20 əsas qanun var. Bir qanunda hər hansı dəyişiklik olanda, onların bəzilərində uyğunlaşdırma qaydasında da dəyişikliklər edilməlidir. Bələdiyyə qanunvericiliyində olan dəyişikliklərin qeydiyyatının asanlaşdırılması üçün Bələdiyyə Məcəlləsinin qəbulu çox gözəl olardı”.

Deputat qeyd edib ki, Məcəllənin qəbulu, bələdiyyələrdə olan səlahiyyətlərə yenidən baxılması üçün yaxşı imkan olardı.

“Orada əlavə səlahiyyətlər verilə bilərdi, eyni zamanda mövcud olan səlahiyyətlərə yenidən baxılardı. Onlarda olan boşluqlar aradan qaldırıla bilərdi. Təbii ki, Məcəllənin yaradılması, tərtib edilməsi müəyyən prosedurlardan keçməlidir. Çox uzun müddət tələb edir. Düşünürəm ki, bunu etmək lazımdır. Bu, həm dövlət, həm də bələdiyyələr üçün fayda verər”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]