Fuad Muradov Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşdü

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 8 Noyabr – Zəfər Günü münasibətilə ABŞ-ın  Florida ştatında Azərbaycan icmasının nümayəndələri  ilə keçirilən tədbirdə 30 ildən artıqdır ABŞ-da yaşayan həmyerlimiz Nobert Yevdayevlə  də görüşüb.

Komitə sədri bir sıra elmi işlərin müəllifi olan şair, yazıçı, rəssam, jurnalist, ABŞ-dakı Dağ Yəhudiləri icmasının aylıq “Novıy rubej” jurnalının təsisçisi Nobert Yevdayevə dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki fəaliyyətinə və Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirib, ona “Azərbaycan xalçaları – Qarabağ qrupu” kitabını və milli xalça suveniri hədiyyə edib.

Öz növbəsində Nobert Yevdayev göstərdiyi diqqətə görə təşəkkür edib və Azərbaycanı təmsil etməkdən böyük qürur hissi keçirdiyini deyib. Həmyerlimiz Komitə sədrinə kitab hədiyyə edib və müəllifi olduğu şeirdən bir parça söyləyib.  

Qeyd edək ki, əslən Bakı yəhudisi olan Nobert Yevdayev 1989-cu ildən ABŞ-da yaşayır. O, Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunması istiqamətində bir sıra tədbirlər təşkil edib. Prezident İlham Əliyevin 13 mart 2006-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif  olunub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]