SOCAR-ın 6 saylı Qobustan Nəqliyyat idarəsində işçilər niyə çıxarılıb?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat Departamentinin 6 saylı Qobustan Nəqliyyat idarəsində 1000 -dən çox işçini heç bir səbəb göstərmədən işdən çıxarıblar.

AKTUALTV.AZ xəbər verir ki, səbəbsiz olaraq işdən çıxarılan 6 saylı Qobustan Nəqliyyat idarəsinin 2 saylı Ağsu nəqliyyat dəstəsinin işdən çıxarılan əməkdaşları bu gün Ağsu Rayon Məşğulluq Mərkəzinin qarşısında etiraz ediblər.

İşdən çıxarılan Ağsu sakinləri bildirirlər ki, oktyabr ayının 1-də rəhbərlikdə çalışan Ramin Bayramov onlara hələlik işə çıxmamalarını deyib. Bundan sonra, oktyabr ayının 14-də “Dost Xidməti”ndən idarəyə yoxlama gəlib. Gələn yoxlama işdə olmamalarını əsas götürərək, onlara iradlarını bildirib. Bundan sonra idarənin 43 nəfər fəhləsini işdən çıxarıblar.

İşçiər qeyd ediblər ki, departamentin texniki şöbəsinin müdiri Ramil Bayramovun tapşırığına əsasən işə gəlmədiklərini bildirsələr də, buna baxan olmayıb.

İşçilər bildirirlər ki, onları qanunsuz olaraq işdən çıxarmaq üçün oyun oynalınıb.

Qeyd edək ki, işdən çıxarılan fəhlələrin sentyabr, oktaybr və noyabr aylarının maaşları da SOCAR tərəfindən verilmir.

Qanunsuz olaraq işdən çıxarılanların arasında 10 nəfər Qarabağ müharibəsi iştirakçıları da var.MillətinSəsi.info

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]