“Paşinyan Soçidə danışıqlar masası arxasında yox, hardasa masanın altında olub…”

“Soçidə imzalanmış bəyanatda Ermənistanın maraqlarına cavab verən bir bənd də tapmadım”.

Bu fikiri Ermənistan parlamentinin deputatı Ayk Mamicanyan “24News”a müsahibəsində səsləndirib.

“ArmenianReport” nəşrinin yazdığına görə, “Şərəfim var” fraksiyasının katibi bildirib ki, bəyanatda nə hərbi əsirlərin geri qayıtma tarixi, nə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında həlli məsələsi, nə də Qarabağın statusu qeyd olunur.

Mamicanyan Nikol Paşinyanın danışıqlar aparan şəxs kimi görünməməsini, danışıqlar masası arxasında yox, hardasa masanın altında olmasını deyərək baş naziri tənqid edib.

“Paşinyanın mətbuat konfransı yalanlar toplusu idi, onun açıqlamaları yalnız daxili auditoriya üçün nəzərdə tutulub. Baş naziri məhbus və sərhəd məsələləri maraqlandırmır, ancaq dövlət bağ evinin olması, hakimiyyətdə qalması maraqlandırır. Şuşa məsələsinin müzakirə mövzusu olması iyrənc yalandır. Şuşa məsələsinin danışıqlara daxil edildiyi ilə bağlı ən azı bir sənəd olsaydı, çoxdan dərc olunardı”, – deyə Mamicanyan əlavə edib. /Yenisabah.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]