“Azərbaycanda helikopter qəzası ürəyimizi parçaladı” – Selçuk Bayraktar

“Bu gün (dünən-red) Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı. Can Azərbaycanın dərdini ürəkdən paylaşırıq”.

Bunları Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar özünün tviter səhifəsində yazıb.

“Şəhid olan qəhrəman hərbçilərimizin ruhu şad, məkanı cənnət olsun. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram.

Türk millətinin başı sağ olsun”, – Selçuk Bayraktar sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər həlak olub. Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]