“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Qobustan rayonunda keçirilmişdir.

29 noyabr 2021-ci il tarixdə Qobustan rayonunun Xilmilli kəndində keçirilən tədbirdə 50 məktəbli, o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak ediblər. Tədbirə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Arzu Nağıyev, Şahin Seyidzadə, və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.
Tədbirdə iştirak edən məktəblilərə futbola marağı artırmaq məqsədilə idman geyimləri və futbol topları verilmidir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin dekabrında Azərbaycan Milli Olimpiya Komitəsində çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi məqsədilə AFFA-nın təşəbbüsü ilə 2020-ci ildə karantin rejiminin tələblərinə əməl etməklə respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində tədbirlər keçirilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]