Orduda hərbi cinayətlərin sayı azalıb – RƏSMİ

Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə işgüzar fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

Bunu “Aktualtv.az“-a açıqlamasında Respublika Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 34,3 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 23,5 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 49,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 28,6 faiz azalıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]