Azərbaycanda polkovnikə cinayət işi AÇILDI

Quba Mülki Müdafiə Qoşunlarının komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi başlanılıb.

Aktualtv.az  xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, iş Bakı Hərbi məhkəməsinin hakimi Aslan Kalbalıyevin icraatındadır.

Polkovnik E.Nəzərova Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə A.Əliyev zərərçəkmiş şəxs qismində çıxış edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]