İstanbulda fəlakət yaşanarkən İmamoğlu harada olub? ŞOK FOTOLAR yayıldı

İstanbulda qar səbəbilə fəlakətin yaşandığı bir vaxtda bələdiyyə sədri Əkrəm İmamoğlunun restoranda olduğu məlum olub.

Aktualtv.az yerli mənbələrə istinadən xəbər verir ki, İmamoğlu restoranda britaniyalı diplomatla görüşüb. Qar səbəbilə yollarda uzun tıxacların yarandığı, minlərlə insanın küçələrdə qaldığı bir vaxtda İmamoğlunun restoranda olması böyük narazılıq yaradıb. Əvvəlcə İmamoğluna yaxın dairələr bunu təkzib etsə də, fotolar üzə çıxandan sonra İmamoğlu özü açıqlama yayıb. O yazıb:

“19 saatdır qarla mübarizə işlərinə rəhbərlik etdikdən sonra 1 saatlıq yemək fasiləsini danışmağa başladılar”.

Yerli mənbələr yazır ki, İmamoğlu restoranda 1 saat deyil, daha çox müddətdə qalıb. Üstəlik onu yol boyu qar təmizləyən maşınlar müşayət edib. Yerli sakinlər bələdiyyə sədrini fəlakətə qarşı qabaqlayıcı tədbirlər görməməkdə ittiham edərək, onun istefasını tələb edirlər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]