Prezident koronavirusla bağlı vəziyyətdən DANIŞDI

Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb.

Aktualtv.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən deyib.

Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. Dövlətimizin başçısı bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu dedi.

Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını deyən Prezident İlham Əliyev bildirib ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]