“İndi SOCAR-da yeni idarəetmə var” – İlham Əliyev

Biz indi SOCAR-da aktiv islahatlar prosesindəyik.

Aktualtv.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı diqqətə çatdırıb ki, indi SOCAR-da yeni idarəetmə var.

“SOCAR nəhayət şəffaf beynəlxalq enerji şirkətinə çevriləcək”, – Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, nəhayətdə itkilərdə azalma olacaq: “Çünki qazla bağlı bizim itkilərimiz çoxdur. Bəzi itkilərin köhnəlmiş infrastruktur səbəbi ilə bəraəti var. Bəzi itkilər isə çox şübhəlidir. Beləliklə, bizim aparıcı şirkətimiz olan SOCAR-ın optimallaşdırılması, şəffaflıq, korporativ idarəetmə, əminəm ki, bizə əlavə qaynaq verəcək. O artıq bizə bunu verir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]